Yuxarı

Şok: Ermənistan nüvə silahı yarada bilər - ABŞ KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11.22.2016, 12:30

ABŞ-dakı nüfuzlu "National İnterst" nəşri Ermənistana İsgəndər-M raket komplekslərinin verilməsi ilə bağlı sensasion sayılacaq iddia ilə çıxış edib.

Musavat.com-un məlumatına görə, nəşr yazıb ki, işğalçı ölkə ərazisində peyda olan İsgəndər-M-lər nüvə silahıdır və bu fakt belə bir ehtimala əsas yaradır ki, Ermənistan bundan istifadə edib atom silahı əldə eləmək imkanlarını artıra bilər.

Məqalə müəllifi - Corctaun Universitetinin konfliktlərin həlli sahəsi üzrə magistrı Sebastyan Roblin bu xüsusda yazır:

"Nüvə başlıqları da daşıya biləcək "İsgəndər" raket komplekslərinin Ermənistana tədarükü faktı, ilk baxışda nə qədər absurd görünsə də, belə düşünməyə əsas verir ki, üç milyonluq əhalisi olan ölkənin nüvə silahı yaratmaq imkanları arta bilər. Bu isə narahatlıq üçün ciddi əsaslar yaradır. Həm də o səbəbə ki, Ermənistanda artıq Metsamor AES-i fəaliyyət göstərir. Bu AES-in personalı müvafiq sahə üzrə hazırlıq keçib. Bundan əlavə, son illər ölkədən qaçaqmalçılıq yolu ilə uran çıxarmağa çalışan böyük sayda erməninin həbsi də narahatlıq yaradır".

Nəşr daha sonra Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın aprel döyüşlərindən az sonra - aprelin 29-da verdiyi açıqlamasını yada salaraq yazır: "Həmin açıqlamadan belə qənaət hasil olur ki, Ermənistan ya artıq nüvə silahına, ya da onun yaradılması imkanlarına malikdir. Ola bilsin, bunlar elə hədə olaraq qalsın. Lakin atom bombası hazırlamaq üçün real səyləri də nəzərdə tuta bilər - baxmayaraq ki, Ermənistan nüvə silahının yayılması haqda müqavilənin iştirakçısıdır. Ən uzağı, Ermənistanın radioaktiv "çirkli bomba" yaratması mümkün görünür - xüsusən də əgər o, bu cür bombanın tətbiqi üçün "İsgəndər"lərdən istifadə eləmək fikrinə düşərsə".

Amerikalı ekspert hesab edir ki, bu kimi planlar Dağlıq Qarabağ probleminin gələcəkdə nizamlanması üçün yaxşı heç nə vəd eləmir: "Ötən ay "Vorld Past"un dərc elədiyi məqaləyə əsasən, Gürcüstana radioaktiv material keçirmək istəyən, lakin həbs olunan ermənilərin sayı son iki ildə artıb. Bu isə nüvə silahının yayılmaması və təhlükəsizlik sahəsi üzrə ABŞ və başqa ölkələrdəki ekspertlərdə həyəcan doğurub. Məsələ həm də ondadır ki, dənizə çıxışı olmayan ermənilər Gürcüstandan Qara dəniz limanlarına çıxış üçün istifadə edirlər - ki, nüvə materiallarını Yaxın Şərqə və ya hansısa başqa yerə aparsınlar. 2014-cü ildən etibarən "Vorld Past" bu kimi fəaliyyətlə məşğul olan 8 erməninin həbsi barədə məlumat verib. 2016-cı ilin yanvarında isə Sezium-137 radioaktiv maddəsini sərhəddən çıxarmaq cəhdinə görə 3 erməni tutulub. 2014-cü ilin avqustunda eyni səbəbdən 2 erməni həbs edilmişdi".

Məqalədə Metsamor AES haqda da qeydlər var: "Bu AES 1970-ci illərdə tikilməyə başlayıb. 1988-ci ildə Spitakdakı dağıdıcı zəlzələdən sonra o qapadılıb. Ancaq 1995-ci ildə beynəlxalq etirazlara rəğmən, fəaliyyəti yenidən bərpa edilib və üstəlik, ikinci reaktor istifadəyə verilib. Regionun bütün ekoloqları və alimlərinin fikrincə isə, bölgənin yüksək seysmik aktivliyi Metsamor AES-in istismarını olduqca təhlükəli edir - hətta yeni tip reaktor tikilsə belə..."

Tarix
2016.11.23 / 09:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla