Yuxarı

Tramp: “Sizi oxumasaydım, 20 il çox yaşayardım”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Nyu York Tayms" qəzetinin müxbiri ilə yaranan anlaşılmazlıqdan sonra qəzetin mərkəzi ofisinə gedib.

Axar.az xəbər verir ki, burada müxbirlə görüşən Tramp jurnalistlərin suallarını cavablandırıb.

O, jurnalistlərə hörmət etdiyini deyib:

"Qəzetə çox böyük hörmətim var, ancaq kobud rəftar gördüyümü deməliyəm. Təəssüf ki, yenə də bu qəzeti oxuyuram. Oxumasaydım, 20 il artıq yaşayardım".

İsrail-Fələstin münasibətləri ilə bağlı fikir bildirən Tramp prezidentliyi dövründə iki ölkə arasında sülhün əldə olunması üçün çalışacağını deyib:

"İsrail və Fələstin arasında sülhü təmin edən insan olmaq istəyirəm. Bu, çox böyük bir nailiyyət olardı".

Xatırladaq ki, Tramp ötən bazar günü "Nyu York Tayms" müxbiri ilə görüşəcəyini açıqlasa da, bir gün sonra görüş ləğv olunmuşdu.

Qəzet seçki kampaniyasında Demokratlar Partiyasının namizədi Hillari Klintonu dəstəkləyəcəyini rəsmən elan etmişdi.

Tarix
2016.11.23 / 14:32
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla