Yuxarı

ABŞ-ın inanılmaz Türkiyə planı – Təxribat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Suriyada Türkiyə hərbçilərinə hücum təşkil edən döyüş təyyarəsi ilə bağlı sensasion fakt ortaya çıxıb.

Axar.az Xəbər 7-yə istinadən məlumat verir ki, insidentin ABŞ tərəfindən törədildiyi təxmin edilir.

Vaşinqton 24 noyabr 2015-ci ildə baş verən Su-24 böhranının il dönümündə Ankara ilə Moskva arasında nifaq salmaq üçün inanılmaz yola əl atıb.

Məlumata görə, ABŞ-a məxsus F-18 tipli qırıcı Rusiya döyüş təyyarəsinə bənzəməsi üçün boyadılıb və Türkiyə hərbçilərinin yerləşdiyi bölgəyə hava zərbələri endirib. Bununla da ABŞ Türkiyəni hadisənin Rusiya tərəfindən Su-24 böhranının qisasının alınması məqsədilə törədildiyinə inandırmaq istəyib.

Qeyd edək ki, bu təcrübə Suriyada bir neçə dəfə sınanıb.

Bu ilin oktyabrında Kristian Boris adlı jurnalist ABŞ döyüş təyyarələrinin boyanaraq Suriyaya göndərildiyini ortaya çıxarıb. Onun paylaşdığı fotoşəkildə də F-18 qırıcısının mavi rəngdə boyandığı, üzərinə isə keçmiş Sovet İttifaqının qırmızı ulduzu vurulduğu əks olunub. Bu yolla amerikalılar təyyarəni Rusiyanın SU-34 qırıcısına bənzətməyi bacarıblar.

Ötən illər ərzində sözügedən "Rusiya qırıcıları" Suriyada xeyli strateji məntəqəni bombardman edib. Rəsmi Vaşinqton da açıqlamalar verərək hücumları "pisləyib" və Rusiyanı aviazərbələri "dayandırmağa" çağırıb.

Xatırladaq ki, "Fərat qalxanı" əməliyyatları çərçivəsində Suriyaya göndərilən Türkiyə hərbçiləri dünən hava hücumun məruz qalmışdı. İnsident nəticəsindən 3 türk hərbçi həlak olub.

Tarix
2016.11.25 / 11:25
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla