Yuxarı

Fransada Azərbaycan köşkü açıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci ildir Fransanın Elzas regionunda yerləşən Mülhaus şəhərində keçirilən Milad yarmarkasında yenidən Azərbaycan köşkü fəaliyyət göstərməyə başlayıb.

Avropa Azərbaycan Cəmiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, builki Azərbaycan köşkü TEAS-ın Fransa ofisinin Gilan Holdinq şirkəti ilə birgə əməkdaşlığı şəraitində təşkil edilib.

Beş həftə ərzində qonaqlar Azərbaycan qonaqpərvərliyi ilə qarşılanacaq və yüksək keyfiyyətli Azərbaycan şərabları, təravətli çayı, nar şirəsi, gül və əncir mürəbbəsi, ənənəvi şirniyyatlardan, paxlava və şəkərburadan dadmaq imkanı əldə edəcəklər. Həmçinin, ziyarətçilər Milad hədiyyələri olaraq orijinal incə əl işlərini əldə edə biləcəklər. Bunlar arasında UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş kəlağayılar və Qubada əllə toxunan corablar da var. Onlar, həmçinin, köşkdə olan kitab və broşürları oxuyaraq Azərbaycanın rayonları, xüsusilə, ölkəmizin ən qədim tarixi şəhərlərindən biri və yeni turistik məkanı olan Qəbələ haqqında biliklərini artıra biləcəklər.

Yarmarkanın açılış mərasimində Mülhaus şəhərinin meri Jan Rottner, merin turizm və mədəniyyət tədbirləri üzrə müavini Natali Motte və Elzas Ticarət Palatasının vitse-prezidenti Kristian Keller də iştirak edib. Tədbirdə bildirilib ki, Mülhaus 26-cı Milad yarmarkası, ümumiyyətlə, Elzas regionunda buna bənzər təşkil olunan yarmarkalar artıq ənənəyə çevrilib. Növbəti beş həftə ərzində bir milyondan artıq qonaq bu tədbirdən zövq alacaq.

Yarmarkadakı köşkləri ziyarət edən Mülhaus şəhərinin meri Jan Rottner Azərbaycanın stendi qarşısında isti Azərbaycan qonaqpərvərliyi ilə qarşılanıb və ona dadlı paxlava təklif edilib.

Tarix
2016.11.26 / 16:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla