Yuxarı

SSRİ-nin yox edən məşhur simalardan biri danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Boris Yeltsin və Leonid Kravçukla birgə SSRİ-ni məhv etməmişəm.

Axar.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Belarus parlamentinin keçmiş sədri Stanislav Şuşkeviç söyləyib. Onun sözlərinə görə, SSRİ 1991-ci ilin sonlarına yaxın çökmüş vəziyyətdə idi:

“Bu gün mən bizim böyük ölkəni parçalamağımız haqqında bütün şayiələrə və ittihamlara gülürəm. Bəli, SSRİ-nin böyük nailiyyətləri var idi. Bu ittifaq bizə qədər artıq yox olmuşdu. Onu Kommunist Partiyası özünün yarıtmaz siyasəti ilə yox etmişdi. Biz sadəcə vətəndaş müharibəsindən qaçmağa imkan tapdıq. Bütün imperiyalar süquta uğrayıb. Bu nöqteyi-nəzərdən SSRİ də axır-əvvəl çökəcəkdi. Son min ilə baxsanız, görərsiniz ki, bütün imperiyalar qanlı yollarla yox olub. Bu imperiya varlığına sülh yolu ilə son qoydu”.

Qeyd edək ki, 1991-ci il dekabrın 8-də Rusiya, Belarus və Ukrayna Belovejsk müqaviləsini imzaladı. Müqaviləyə əsassən MDB yaradıldı.

SSRİ-nin varlığına isə dekabrın 26-da son qoyuldu.

Tarix
2016.11.27 / 01:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır

Prezident Zuhair Əlhartini qəbul etdi

İlham Əliyev müftiləri qəbul etdi

Paşinyan erməniləri “verməməkdə” ittiham etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Ermənistan qoşunları Göyçə gölü ətrafından çıxarılır

Prezident Berl Lazarı qəbul etdi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla