Yuxarı

Karavayev: “Əliyevin səhər tezdən Putinə zəng etməsi...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Raşa Tudey” nəşri müstəqil Azərbaycana həsr olunan yazı dərc edib. Yazının müəllifi politoloq, Moskva Dövlət Universitetinin postsovet məkanının öyrənilməsi analitik mərkəzinin direktor müavini Aleksandr Karavayevdir.

Axar.az xəbər verir ki, Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan, müasir Azərbaycana Rusiya Federasiyasının dostu və müttəfiqi kimi yanaşılan bu yazıda ölkəmizin sahib olduğu stabillik və sosial-iqtisadi uğurların sirlərindən söhbət gedir:

“Azərbaycanın 25 illik mozaikası fərdi uğuru özündə iqtisadiyyat və biznes sahələrində olan nailiyyətləri, azərbaycanlıların yüksək və kütləvi mədəniyyətini, bir sıra dünya şöhrətli milli brendlərin yaranmasını, Azərbaycan neftinin dünya bazarına çıxarılmasını ehtiva edir. Keçmiş SSRİ ölkəsi olan Azərbaycanın bu inkişafına dövlət idarəçilik sisteminin və xüsusi idarəetmənin dəyişikliyi ilə nail olunub.

Uğurlu daxili iqtisadi siyasət stabil xarici siyasətə sahib olmadan mümkün deyil. Buna görə də çoxsaylı çörək sexlərinin, məktəb və ya xəstəxanaların özündə belə xarici siyasət payı var. Məsələn, Bakı-Tiflis-Ceyhan neft kəmərinin uğurla həyata keçirilməsi.

Müstəqillik illərində ölkədə iqtisadiyyatın bir çox sahələri sürətlə inkişaf edir, yeni bazarlar meydana gəlir: rəqəmsal şirkətlər yaranır, istehlak sektoru (avtomobillərin satış artımı, daşınmaz əmlak bazarının inkişafı) genişlənir, bank kapitalları artır, texnoparklar və yeni müəssisələr açılır.

Beynəlxalq nəqliyyat dəhlizləri ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat infrastrukturları çox böyük əhəmiyyət kəsb edir.

Daxili yol şəbəkəsinin modernləşdirilməsi, yeni avtomobil magistrallarının tikilməsi, şəhərlərin siması dəyişir, regionların ənənəvi iqtisadi profilini genişləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünü çoxqütblü dünyanın tərəfdarı kimi tanıdıb. O, atasının yaratdığı xarici siyasət balansını qoruyub saxlamağa müvəffəq olub.

Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə olan səmimi dostluq münasibətləri isə Rusiya ilə mehriban qonşuluq münasibətlərinin etibarlı təminatıdır.

Yeri gəlmişkən, onların münasibətlərini səciyyələndirən maraqlı məqam – Əliyev oktyabrın 7-də səhər Putinə zəng edərək, bütün formallıqlardan uzaq bir şəkildə ad günü münasibətilə Rusiya prezidentini təbrik edib”.

Tarix
2016.12.02 / 16:49
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla