Yuxarı

Türkiyə Hərbi Hava Qüvvələrinə "vur" əmri verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Hərbi Hava Qüvvələrinə "vur" əmri verildi

Suriyaya məxsus döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra Türkiyə Silahlı Qüvvələrinə yeni əmr verilib.

Yeni əmrdə qeyd olub ki, türk hərbiçiləri Türkiyənin hava sərhədinin pozulması zamanı Ankara və hər hansı bir məkəzdən "vur" əmrini almağı gözləməməlidirlər.

Türk Hərbi Hava Qüvvələri ölkənin hər hansı bir tərəfdən hava sərhədinin pozulması faktını aşkar etdikdə, dərhal hədəfi vurmalıdır. Verilən məlumata görə, artıq içərisi bombalarla yüklənmiş Türkiyə Hərbi Hava Qüvvələrinə məxus F-16 qırıcı təyyarələri Suriyadakı yeganə türk toprağı olan Süleyman Şah Türbəsini müdafiə etmək üçün havada dövrə vururlar.

Qeyd edək ki, Əl-Qaidəyə aid İŞİD silahlıları Süleyman Şah Türbəsi üzərindən Türkiyə bayrağının aşağı salınması üçün 24 marta qədər vaxt vermişdilər. Əgər buna əməl etməsələr, türbəni dağıdacaqlarını bəyan etmişdilər (ANS).

Tarix
2014.03.26 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Bu qərar ölkəmizin daxili məsələsidir – Partiyadan bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla