Yuxarı

Müharibə ucbatından Suriya əhalisinin sayı 8% azalıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə nəticəsində Suriya hökumətinə 103 milyard dollardan çox zərər dəyib. Bu haqda məlumat BMT-nin Yaxın Şərq agentliyinin baş müvəkkilinin məruzəsində qeyd edilib. İşsiz suriyalıların sayı təxminən 2,33 milyona çatır.

"Axar.az"ın verdiyi xəbərə görə, Suriyanın əhalisi 8% azalıb.

Daha öncə qeyd edilib ki, vətəndaş müharibəsinin 31 ayı ərzində Suriya sənayesi 2,2 milyardlıq zərər çəkib.

Nazirin sözlərinə görə, iqtisadiyyatın özəl sektoru 1,5 milyard dollar, dövlət sektoru isə 700 milyon dollarlıq ziyan çəkib. Nazir əlavə edib ki, bu, sadəcə, ilkin göstəricidir və ölkənin müxalifətinin nəzarəti altında olan hissə nəzərə alınmayıb.

Məlumat üçün bildirək ki, Suriyada münaqişə 2011-ci ilin martından davam edir və 100 mindən çox insan həyatına son qoyub.

Tarix
2013.11.08 / 09:38
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla