Yuxarı

Suriya ordusu hücuma keçdi: Hələb azad olunur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu Hələbdə irəliləməkdə davam edir.

Axar.az xəbər verir ki, 15 noyabrdan şəhəri mühasirədə saxlayan hökumət qüvvələri Rusiyanın dəstəyi ilə Karm əl Cəbəl və Əl Şaar bölgələrini müxaliflərdən təmizləyib.

“Röyter”ə danışan müxalif döyüşçülər daha iki bölgəni boşaltmağa hazırlaşdıqlarını deyiblər.

Suriya ordusu dünən verdiyi açıqlamada şəhərdə döyüşən müxaliflərin Hələbi tərk etməyəcəyi halda öldürüləcəyini bildirib.

Bu arada “Assoşieyted Press” agentliyi Hələbdə rejim qüvvələrinə böyük dəstək verən İran, Livan və İraqdan gələn xeyli muzdlu döyüşçünün olduğunu yazıb.

Qeyd edək ki, son iki həftədə baş verən qarşıdurmalarda 300-dən çox dinc sakin həlak olub. BMT şəhəri tərk edən mülki əhalinin sayının 31 minə çatdığını açıqlayıb.

Hələbin cənub-qərbində yerləşən İdlibdə də qarşıdurmalar davam edir. Təkcə dünən baş verən şidətli döyüşlərdə 78 nəfər həlak olub.

Tarix
2016.12.05 / 15:37
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla