Yuxarı

Türkiyə parlamentinin sədr müavini saxlanıldı - Almaniyada

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ayşənur Baxçaqapılı Almaniyada həbs edilib.

Ölkə.az xəbər verir ki, Ayşənur Baxçaqapılı bir neçə saat polis idarəsində saxlanılıb.

Xanımın içində pul, kredit kartı, pasport və şəxsiyyət vəsiqəsi olan çantası oteldə oğurlanıb. Baxçaqapılı hava limanında alman polisinin tərbiyəsizliyi ilə qarşılaşıb. Saxlanılaraq polis idarəsinə aparılan sədr müavini deyib: "Avropa İttifaqı budursa, biz bunu istəmirik".

Türkiyə rəsmisi hadisəni belə izah edib:

"Hadisəni, yəni oğurluq məsələsini dinlədilər, amma sadəcə dinləməklə qaldılar. Vəziyyətimizlə heç maraqlanmadılar da. Sədr müavini olduğumu söyləsəm də, veclərinə almadılar. İfadəalma prosesi çox uzandı. Sonra konsulluqla əlaqə saxladım. Müvəqqəti pasport çıxartdırdım. Türkiyəyə qayıtmaq üçün hava limanına gəldim. Bu zaman qalmaqal ortaya çıxdı. Polis məni saxladı. Müvəqqəti pasportu qəbul etmədilər. Millət vəkili olduğumu söyləsəm də "bu bizi maraqlandırmır" cavabını verdilər. Məni və bacımı hava limanındakı polis məntəqəsinə apardılar. Təyyarəyə gecikdiyimizi söyləsək də, 45 dəqiqə orada qaldıq. Vizaya ehtiyac olmadığını, diplomatik pasportdan istifadə etdiyimi söyləsəm də, bu onları maraqlandırmadı. Heç konsulluqla əlaqə də saxlamadılar".

45 dəqiqə sonra polis tərəfindən hava limanında pasport-nəzarət məntəqəsinə aparılan millət vəkili əsəbiləşərək "Aİ belədirsə, biz bunu istəmirik" deyə qışqırıb. Polis qadını susdurmağa çalışaraq həbs etməklə hədələyib.

Tarix
2016.12.07 / 15:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla