Diş ağrısını saniyələr ərzində yox edən təbii üsul
02:12
Ana səhifə Planet |
ABŞ Prezidenti Barak Obamanın Suriyaya silah tədarükünə qoyulan qadağanı ləğv etməsi Rusiya hərbçiləri üçün təhdiddir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Putinin təmsilçisi rus hərbçiləri üçün ilk növbədə ABŞ-ın səyyar zenit-raket komplekslərinin təhdid təşkil etdiyini bildirib.
Qeyd edək ki, bu gün ABŞ Suriya müxalifətinə silah tədarükünü qadağan edən qərarı ləğv edib.
Tarix
2016.12.10 / 02:00
|
Müəllif
İlkin Həsənov
|