Yuxarı

Ərdoğan İsrailə gedir - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan İsrailə gedir - Şok

Türkiyə Baş naziri Ərdoğanın uzun müddətdir İsrail ilə yaşanan gərginlikdən sonra Təl-Əvivə səfər edəcəyi barədə xəbərlər yayılıb.

"Axar.az" xəbər verir ki, bu gün İsrail Baş naziri Binyamin Netanyahunun nümayəndəsi David Maidanın Ankarada MİT nümayəndəsi Fidan və hökumət səlahiyyətliləriylə gizli görüşlər apardığı barədə iddialar ortaya atılıb. Görüş zamanı Ərdoğanın İsrailə reallaşdırılacaq səfəri müzakirə edilib və ziyarətin aprel ayının ortalarında həyata keçirilməsi planlaşdırılır.

Doqquz türkün həyatını itirdiyi "Mavi Mərmərə" olayından uzun müddət sonra Türkiyə ilə İsrail arasında aparılan təzminat məsələlərində ilkin razılıq əldə edildiyi vurğulanır.

Əldə edilən məlumata görə, İsrail 21 milyon dollar təzminat ödəyəcək və Təl-Əvivlə beynəlxalq müqavilə imzalanacaq. Müqavilə nəticəsində Qəzzaya embarqonun qaldırılması da gündəmdədir. Türkiyəyə Qəzzaya humanitar yardım göndərmək zəmanəti də veriləcək. Ancaq bu Baş nazir Rəcəb Tayyib Ərdoğanın istədiyi kimi embarqonun tamamilə aradan qaldırılması demək deyil. Müqavilənin imzalanmasından sonra Türkiyə Təl-Əvivə səfir göndərəcək və məsələlər səfir tərəfindən koordinasiya ediləcək.

Tarix
2014.03.28 / 23:38
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla