Yuxarı

Tu-154 qəzadan öncə, havada partlayıb - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tu-154 qəzadan öncə, havada partlayıb - Video

Tu-154 təyyarəsində qəzaya düşməzdən əvvəl partlayış olub.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı hərbi ekspert Vadim Lukaşeviç yazıb. Ekspert təyyarənin düşmə anını əks etdirən videonu paylaşaraq buradakı görüntülərin onu belə düşünməyə vadar etdiyini bildirib.

V.Lukaşeviç videoda əks olunan atəşin üfüqün üzərində olduğunu və bununla rəsmi versiyada pilotların səhvi versiyasının aradan qalxdığını iddia edib.

“Qəzaya səbəb olan ikinci rəsmi versiya texniki xətadır. Bu zaman ağla yalnız yanacaq çənində baş verən partlayış gəlir. Lakin bu partlayışı az öncə yanacaq doldurulmuş maşında kənardan məcburi müdaxilə olmadan törətmək mümkünsüzdür” – deyə, o bildirib.

Qeyd edək ki, artıq Rusiya Federal Təhlükəsizlik Xidməti də məsələ ilə bağlı açıqlama yayıb. FSB Tu-154-ün terror aktı nəticəsində partladılması versiyasını inkar edib. Kəşfiyyat dörd versiya üzərində dayanır ki, bunlar da texniki səbəblərlə bağlıdır.

Tu-154 təyyarəsi dekabrın 25-də qəzaya düşüb. Nəticədə 92 nəfər həlak olub.

Tarix
2016.12.26 / 16:25
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla