Yuxarı

Sərkisyan təzə baş naziri istefaya göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Serj Sərkisyan Baş naziri Karen Karapetyanın fəaliyyətindən narazıdır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Jamanak” qəzeti yayıb. Qəzet Sərkisyanın bu ifadəni dekabrın 29-da özünün yaxın ətrafında işlətdiyini bildirib:

“Sərkisyan daha sonra Karapetyanı baş nazir təyin etməsini özünün ən böyük səhvi adlandırıb. Bundan sonra Sərkisyan Karen Karenpetyana Ermənistan ərazisində növbəti beş il ərzində fasiləsiz yaşaması ilə bağlı ərizənin verilməməsi məsələsinin aktuallaşdırılmasını tələb edib. Üstəlik, Sərkisyan bütün vasitələrlə Karapetyanın hakim Respublika Partiyasının proporsional namizədlər siyahısına düşməsinə və deputat olmasına izn vermək istəmir”.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkisi aprelin 2-də keçiriləcək. Bu seçkidən dərhal sonra Ermənistan tam olaraq parlamentli idarə üsuluna keçəcək. Beləliklə, baş nazirin səlahiyyətləri prezidentdən daha çox olacaq. Konstitusiyanı dəyişdirməyə nail olan Sərkisyan baş nazir olmaq istəyir və buna görə də öz yolundakı bütün rəqibləri təmizləyir.

Tarix
2017.01.12 / 14:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla