Yuxarı

Lapşin Bakıya verilir - Belarusdan qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Baş prokurorunun müavini Aleksey Stuk Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarılan və ötən ay Minskdə saxlanılan rusiyalı bloqqer Aleksandr Lapşinin Bakıya ekstradisiyası haqda qərar imzalayıb.

Virtualaz.org xəbər verir ki, Baş prokurorun müavininin imzaladığı qərarda deyilir: “Belarus DİN-in cəzaların icrası Departamentinə tapşırılsın ki, Lapşin Aleksandr Valeryeviçin ekstradisiyasına dair qərar qüvvəyə mindikdən sonra onun Azərbaycanın müvafiq orqanlarına təhsil verilməsini təmin etsin. Qəbul edilmiş qərar barədə Azərbaycanın Baş prokurorluğu məlumatlandırılsın. Bu qərarın bir nüsxəsi Lapşin Aleksandr Valeryeviçin özünə təqdim olunsun, ona qərardan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilsin”.

Xatırladaq ki, Lapşin Azərbaycan dövlətinə qarşı çağırışlarda, işğal altındakı ərazilərə qanunsuz səfər edərək sərhəd rejimini pozmaqda ittiham olunur. İsrail vətəndaşlığı daşıyan qalmaqallı bloqqerin Minskdə saxlanılması böyük siyasi hay-küyə səbəb olub. Ermənistan bütün imkanları ilə bloqqerin müdafiəsinə çalışır və onun Azərbaycana verilməməsi üçün mübarizə aparır.
Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov da Lapşinin Azərbaycana ekstradisiyasının əleyhinə çıxıb. ABŞ Dövlət Departamenti onun saxlanılmasını “söz azadlığının pozulması” kimi şərh edib. İsrail isə bloqqerin məsələsi ilə bağlı Azərbaycanla danışıqlar aparır.

Məlum olub ki, İsrail XİN bloqqerin Azərbaycandan açıq şəkildə üzr istəməsinin əvəzində onun təqib olunmasının dayandırılmasını xahiş edib. Lakin rəsmi Bakı Lapşinin ekstradisiyasında israrlıdır. Çünki ilk dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistan üzərindən səfər edib erməni separatçılarını təbliğ edən xarici vətəndaşın saxlanılması baş verir.

Tarix
2017.01.20 / 14:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla