Yuxarı

Hitler Fransanı tutdu, Eyfelə gəldi və... - Mistik olay

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hitler Fransanı zəbt etsə də, Eyfeli tuta bilmədi”.

Axar.az "Şərq"ə istinadən xəbər verir ki, dünyada məşhur olan bu deyimin yaranması çox qəribə bir əhvalatla bağlıdır.

II Dünya müharibəsi zamanı Eyfel qüvvəsinin iş prosesində yaranmış problemlərlə əlaqədar nəzərdə tutulan texniki layihələr tamamilə unudulub və Fransanın işğalından sonra bu ölkəyə gələn Adolf Hitler qülləyə çıxmaq üçün yaylardan istifadə etmək fikrini irəli sürsə də, lift işə düşməyib. Nəticədə o, Eyfel qülləsinin başına çıxa bilməyib. Elə bu hadisədən sonra da həmin məşhur deyim yaranıb: “Hitler Fransanı zəbt etsə də, Eyfeli tuta bilmədi”.

Ancaq çox maraqlıdır ki, Hitlerin şəhəri tərk etməsindən bir neçə saat sonra lift yenidən işləməyə başlayıb. A.Hitler Ditrix fon Koltisə Parisdə olan bütün tikililərlə yanaşı, buranın da məhv edilməsini əmr etsə də, çox qəribə haldır ki, o, əmri yerinə yetirməyib.

Xatıladaq ki, bu ölkənin simvoluna çevrilən Eyfel qülləsi 1887-1889-cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa edilib. Və Fransa inqilabının 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilib.

Qüllənin inşasına 7739401 frank 31 sent xərclənib. Nəhayət, 1889-cu ildə Fransada 1789-cu il Böyük Fransa İnqilabının 100 illiyi münasibəti ilə qüllənin açılışı baş tutub. Qüllənin açılışından sonra ilk platformaya qədər 50 ziyarətçi daşıyan iki hidrovlik lift fəaliyyətə verilib. Bunlar üçün lazımlı hidrovlik preslər 16 sütuna birləşdirilib. Şimal qanadından başqa bir liftlə ikinci mərtəbəyə çıxmaq mümkündür.

Tarix
2017.01.30 / 16:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla