Yuxarı

Bu, Sərkisyanın xüsusi hiyləgər taktikasıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Sərkisyanın xüsusi hiyləgər taktikasıdır

Sərkisyan çox gözəl bilir ki, yeni vəzifəyə təyin olunanlara xalqın az-çox ümidi var.

Axar.az xəbər ki, bu barədə ermənişünas İsmayıl Tanrıverdi yazıb. Eskpert dünəndən İrəvanda seçkilərlə bağlı start verilən təbliğat kampaniyasını şərh edib:

“Mərkəzi küçələrdə ilk olaraq Respublikaçılar Partiyası üzvlərinin şəkilləri görünməyə başlayıb. Özü də son aylarda yeni təyin olunan baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sərkisyan və ədliyyə naziri Arpine Hovanesyanın şəkilləri diqqət çəkir. Maraqlıdır, hələlik namizədliklərini yenidən vermiş “nimdaş” deputatlardan heç birinin təbliğatına başlanmayıb. Aydın məsələdir ki, bütün bunlar əhalini qıcıqlandırmamaq üçün Serj Sərkisyanın xüsusi hiyləgər taktikasıdır. O, çox gözəl bilir ki, yeni vəzifəyə təyin olunanlara xalqın az-çox ümidi olur. Köhnə kadrları isə xalqın görməyə gözü yoxdur”.

İ.Tanrıverdi bildirib ki, əgər iki gün öncə seçicilər arasında keçirilən sorğu zamanı Sərkisyan partiyasına ümid edənlər 10-15 faiz idisə, yeni nazirlərin təbliğat kampaniyası ilə tanış olduqdan sonra son bir gündə bu göstərici 50 faizə qalxıb:

“Əgər bura “seçki rüşvətinə” ümid bəsləyənlərin də sayını əlavə etsək, demək olar ki, Respublikaçılar Partiyasının yenidən qələbə çalmasına zəmin yaranır. Bu isə Putinin də arzusunun yerinə yetməsi deməkdir”.

Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək, ölkə parlament idarə üsuluna keçəcək.

Tarix
2017.03.04 / 11:56
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla