Yuxarı

“Forsaj” qəhrəmanları Azərbaycanda - Foto/Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:00

"Forsaj" filminin "avtoş" qəhrəmanı məşhur aktyor Vin Dizel Azərbaycanda olub.

"Axar.az" xəbər verir ki, bu iddianın yayılmasına səbəb aktyorun rəsmi səhifəsində yayılan foto olub.

Belə ki, Vin Dizel özünün 72 milyondan çox izləyicisi olan səhifəsində 55 dəqiqə bundan əvvəl bir foto yayımlayıb. Fotonun yuxarı hissəsində azərbaycanca yazı var. Tam görünməyən yazı təxminən belədir: "Ərazidə işləməyə..."

Bu foto azərbaycanlı istifadəçilərin sosial şəbəkədə qızğın müzakirə mövzusuna çevrilib.

Mövzunu gündəmdə saxlayacağıq.

21:12

Bir saata yaxındır sosial şəbəkələrdə qızğın müzakirə mövzusu olan fotonun orijinalını "Axar.az" əldə edib.

Bu foto aktyorun yeni çəkilən "Sürətli və Hirsli" (The Fast and the Furious) filminin kadrlarından biridir.

Şəkil 2013-cü ilin sentyabrında Türkiyə mediasında gündəmə gəlib. Türkiyə mediası əvvəlcə bu sözlərin Türkiyə türkcəsinə olduğunu zənn edirmiş, daha sonra fotonun orijinalının ortaya çıxmasıyla qardaş ölkənin kinomanları xəyal qırıqlığına uğrayıb. Şəkildə yazılanlar açıq-aydın görünür: "Heç vaxt tək başına suda və ya suya yaxın ərazidə işləməyin".

Lakin Vin Dizelin Azərbaycana nə vaxt gəlməsi barədə dəqiq heç bir məlumat yoxdur.

Xatırladaq ki, bu filmin 2015-ci ildə ekranlara çıxacağı gözlənir.

Tarix
2014.04.22 / 21:12
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla