Yuxarı

Donbasda ölən müşahidəçi amerikalı çıxdı - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:52

Ukraynanın Donbas bölgəsində ATƏT-ə məxsus avtomobil partladılıb.

Axar.az xəbər verir ki, bu barədə separatçı Luqansk Xalq Respublikasından məlumat verilib.

“ATƏT-in müşahidəçilərinin içində olduğu avtomobil naməlum şəxslər tərəfindən basdırılmış minaya düşüb. Partlayış nəticəsində 1 ATƏT müşahidəçisi yaralanıb, digəri isə həlak olub”, - məlumatda bildirilib.

Separatçılar minanın Ukrayna hərbçiləri tərəfindən təxribat məqsədilə basdırıldığını iddia edib.

Ukrayna hökuməti və ATƏT məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

***

21:14

ATƏT-in Ukrayna üzrə xüsusi missiyasına məxsus avtomobilin minaya düşməsi nəticəsində İngiltərə vətəndaşı həlak olub, alman qadın isə yaralanıb.

Bunu Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko mətbuata açıqlamasında deyib.

“Ukraynanın Donbas bölgəsində ATƏT-ə məxsus avtomobilin minaya düşməsi nəticəsində Cozef Stoun adlı İngiltərə vətəndaşı ölüb. İva Glein adlı Almaniya vətəndaşı isə yaralanıb. Gleinin müalicəsi davam edir”, - DİN rəsmisi bildirib.

***

Ukraynanın Donbas bölgəsində ATƏT-a məxsus avtomobildə meydana gələn partlayışda ölən şəxs səhiyyə ocağında çalışan ABŞ vətəndaşıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

ATƏT-ın Ukrayna üzrə xüsusi missiyasının rəhbəri Aleksander Huq da bu faktı təsdiqləyib:

“Almaniya və Çexiya vətəndaşları olan 2 müşahidəçi də Luqanskda xəstəxanaya çatdırılıb”.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi ölən şəxsin Cozef Stoun adlı İngiltərə vətəndaşı olduğunu iddia etmişdi.

Tarix
2017.04.23 / 23:59
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla