Yuxarı

Trampın müşaviri Rusiyadan pul alırmış - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flin Rusiya televiziyasından pul alıb.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları komitəsi məlumat yayıb.

İddialara görə, Maykl Flin 2014-cü ildə Rusiyanın RT kanalından pul alıb. Məlumatda bildirilir ki, buna görə Pentaqon Flinə xəbərdarlıq edib.

Komitənin sədri Ceysn Şaffetz Flinin Rusiya televiziyasından aldığı pulun məbləğini açıqlamaqdan imtina edib. O, bununla qanunları pozmuş olacağını bildirib.

Ağ Evin sözçüsü Şon Spayser isə bunda keçmiş ABŞ Prezidenti Barak Obama rəhbərliyini günahlandırıb:

“Bu mövzunun Müdafiə Nazirliyi tərəfindən araşdırılması uğurlu olar. Günahkar Barak Obama dövründəki rəhbərlikdir. Çünki Flin vaxtilə onların təhlükəsizlik yoxlamasından keçib”.

Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flin Rusiya ilə şübhəli əlaqələrinin ortaya çıxmasından sonra istefaya göndərilmişdi.

Tarix
2017.04.29 / 09:09
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla