Yuxarı

Ruhani Şuranı suçladı: daha 4 milyon səs ala bilərdim

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani özünün seçki qərargahının üzvləri ilə görüşərək, Konstitusiyaya Nəzarət Şurasını onun topladığı səslərin sayının 28 milyona qədər yüksəlməsinə mane olmaqda günahlandırıb.

Axar.az xəbər verir ki, o, dörd milyon seçicinin səsverməyə qatıla bilməməsindən təəssüf hissi keçirdiyini sözlərini əlavə edib:

“Təəssüf ki, prezident seçkisində 4 milyon seçici öz səsini sandıqlara sala bilmədi. Seçkilərin icraiyyə heyəti mayın 19-u saat 10:30 radələrində Konstitusiyaya Nəzarət Şurasına belə bir təklif etmişdi ki, seçicilərin öz milli kartlarının nömrəsi ilə səs verə bilməsinə şərait yaradılsın və onların əlavə sənəd təqdim etməsinə ehtiyac qalmasın. Lakin Şura bu təkliflə həmin gün axşam saat 22:30-da razılaşdı və bununla da səsvermə fürsəti əldən getdiyinə görə saatlarla növbədə dayanan seçicilərin çoxu öz səslərini sandıqlara sala bilmədi. Beləliklə də təxminən 4 milyon yarım seçici səsvermə məntəqələrində yaranan sıxlığa görə səs verə bilmədi”.

Ruhani bildirib ki, əgər bəzi qüvvələrin səsvermə prosesində yaratdığı müxtəlif maneələr olmasaydı, onun topladığı səslərin sayı 24 milyon yox, 28 milyona qədər yüksələ bilərdi.

Xatırladaq ki, İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli jurnalistlərə açıqlamasında son prezident seçkisində 4 milyon deyil, 1 milyon nəfərin səs verə bilmədiyini açıqlayıb.

Tarix
2017.05.25 / 17:01
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla