Yuxarı

Kolumbun gəmisi tapıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolumbun gəmisi tapıldı - Foto

Dənizçi Xristofor Kolombun təxminən 500 il əvvəl Amerika qitəsi səfərindəki bayraq gəmisi "Santa Maria"nın qalıqlarının tapıldığı bildirilir.

"Axar.az" "İndependent" qəzetinə istinadən xəbər verir ki, Haitinin şimal sahilində tapılan gəmi qırıntıları dünyanın ən əhəmiyyətli sualtı kəşflərdən biri ola bilər. "Santa Maria" gəmisinin təxminən 10 ildir ki, həmin bölgədə olduğu ehtimal edilir.

Bildirək ki, ABŞ araşdırmaçıları Haiti hökumətinin verdiyi dəstəklə arxeoloji araşdırmalar aparılacağını açıqlayıb. Hələlik Barri Klifford başda olmaqla araşdırmaçılar qrupu gəmini ölçüb və şəklini çəkiblər.

Tapıntı italyanca adı "Cristoforo Colombo" (Latınca: Christophorus Columbus) olan dənizçinin gündəliyinə köçürdüyü məlumatlarla üst-üstə düşür.

Qeyd edək ki, əhəmiyyətli dəlillərdən biri də "Santa Maria"nın üzdüyü dövrdə istifadə edilən bir topun qalıqlarının aşkar olunmasıdır. Fotoşəkli çəkilən bu topun orta əsr dəniz quldurları tərəfindən istifadə edildiyi güman olunur.

Qrupun rəhbəri Barri Klifford tapıntının çox mühüm olduğunu bildirib:

"Bu ərazinin qorunması üçün Haiti hökuməti ilə əməkdaşlıq edəcəyik. Bu dəlillər Kolumbun Amerikanı kəşf etməsi ilə bağlı hər şeyi sübut edəcək".

Təcrübəli dəniz arxeoloqu basdırılmış vəziyyətdə olan gəminin taxta hissəsinin çıxarılaraq Haitidəki bir muzeydə sərgilənməsinə çalışacağını deyib.

Məlumat üçün bildirək ki, XV əsrin əsrin ikinci yarısında İspaniyanın Bask vilayətində hazırlanan "Santa Maria" 1492-ci ildə Kolumb tərəfindən kirayəyə götürülüb. O, Asiyaya yeni yol tapmaq üçün başlanan tarixi dəniz səfərinə başçılıq edib. 37 günlük səfərdən sonra Baham adalarına yaxınlaşan kapitan Kolumb və heyəti 10 həftədən sonra Haiti yaxınlığında qayalara çırpılıb.

Tarix
2014.05.14 / 01:56
Müəllif
Şəmsəddin Ensar
Digər xəbərlər

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla