Yuxarı

Çin kommunist hökumətindən şok islahatlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin kommunist hökuməti ölkə və beynəlxalq gündəmi təəccübləndirəcək islahatlar həyata keçirib.

"Axar.az"ın xəbərinə görə, Bu islahatlardan biri də ölkədə illərdir tətbiq olunan tək uşaq siyasətində güzəştə gedilməsi barədə qərar qəbul edilib.

Belə ki, əvvəlki qərara əsasən valideynlərin hər ikisi ailənin tək övladı olardısa, onlara ikinci uşağın olmasına icazə verilirdi. Yeni qərara əsasən valideynlərdən hər hansı biri ailənin tək övladı olarsa, onlara da ailədə ikinci uşağın olmasına icazə veriləcək.

İllərdir tənqid olunurdu

Çində 1970-ci illərin sonundan etibarən əhali artımını nəzarət altında saxlamaq üçün tək uşaq siyasəti tətbiq edilirdi. Bu qayda insan haqları təşkilatları və dini nümayəndələr tərəfindən illərdir tənqid olunurdu.

İş düşərgələri bağlanılır

Çin Kommunist Partiyası ayrıca ölkədəki iş düşərgələrini bağlamaq və təkrar təhsil sisteminə son vermək qərarı verib. 1950-ci illərdən bu yana bəzi cinayətlərlə bağlı mühakimə olunanlar bu düşərgələrdə işlədilirdi. Rejim bu addımı müxalif düşüncəli insanları mənəvi cəhətdən sındırmaq üçün edirdi.

"Xinhua" xəbər agentliyi Kommunist Partiyasının islahatlar aparmaqla addım-addım bəzi müsbət işlər görəcəyini və edam cəzası tələb edən cinayətlərin əhatə dairəsini azaldacağını bildirib.

Tarix
2013.11.17 / 16:49
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla