Yuxarı

Trampla qılınc oynadıb, 110 milyardı vermək… - Baxçalı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ər-Riyad rəhbərliyinin ABŞ-la qılınc rəqsi fonunda 110 milyard dollarlıq silah razılaşmasına imza atması hansı məntiqin nəticəsidir?!

Axar.az xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı partiyanın qrup toplantısında çıxışı zamanı söyləyib.

“Ər-Riyad rəhbərliyinin ABŞ-la qılınc rəqsi fonunda 110 milyard dollarlıq silah razılaşmasına imza atması hansı məntiqin nəticəsidir? ABŞ liderinin “bizim üçün rejimlər önəmlidir” sözünün ünvanı haradır? Neft quyularından dollar çıxdı, amma insanlıq o quyulara basdırıldı. Ən pisi isə islamdan istifadə edən və müqəddəs dinimizi əməllərinə alət etməyə çalışan terrorun varlığıdır. İslami terrordan bəhs etmək uydurmadır.

2010-cu ilin 17 dekabrında tunisli satıcı Məhəmməd Əzizinin özünü yandırması bütün Şimali Afrika və Yaxın Şərqin alova bürünməsinə səbəb oldu. Nəticədə inqilablar yarandı. Yaxın Şərqdə hazırda ortaq ağıl yoxdur. Ağıl olmayan yerdə iradə də olmur. Yaxın Şərq imperializmin hər cür təhdidinə qarşı açıq və müdafiəsiz vəziyyətdədir”, – deyə o bildirib.

Tarix
2017.05.30 / 13:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? - Millerdən ermənilərə cavab

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla