Yuxarı

Londonda terror: 12 nəfər tutuldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Londonda terror: 12 nəfər tutuldu - Video

10:34

Londonda törədilən teraktlarda ölənlərin sayın 7 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, müxtəlif xəsarətlərlə Londonun altı fərqli xəstəxanasına yerləşdirilən 48-dən çox yaralıdan artıq yeddisi dünyasını dəyişib.

Xatırladaq ki, ötən gecə Londonda ardıcıl teraktlar baş verib. "Röyter"in məlumatıba görə, “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb, Baro rayonunda isə bıçaqlı şəxs bazara daxil olaraq insanlara xəsarətlər yetirib.

Voksholl rayonu ərazisində də naməlum silahlı şəxs insanlara hücum edib.

London polisinin rəhbəri Kressida Dikin yaydığı məlumata görə, Londonun mərkəzindəki hücum yerli vaxtla 20.00-da baş verib. Saatda 80 kilometr sürətlə gedən ağ rəngli mikroavtobus insanların üstünə sürülüb.

Verilən məlumata görə, teraktı törədən üç terrorçu 8 dəqiqə ərzində hadisə yerində qətlə yetirilib.

***

London Təhlükəsizlik Müdirliyi terakt haqda məlumat yayıb.

Bildirilir ki, hadisədən sonra başlanan istintaq çərçivəsində 12 şübhəli nəzarətə götürülüb.

Xatırladaq ki, bu, Böyük Britaniyada törədilən növbəti teraktdır. Bundan öncə Mançesterdə Ariana Qrandenin konserti zamanı terrorçu-kamikadze 22 nəfəri qətlə yetirmişdi.

Tarix
2017.06.04 / 16:50
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla