Yuxarı

Trampdan şok Qətər etirafı: Mən söylədim…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan şok Qətər etirafı: Mən söylədim…

Yaxın Şərqə səfərimdə radikal ideologiyaların maliyyələşdirilməməsini söylədim. Liderlər Qətəri göstərdi.

Report xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində Körfəzdəki Ərəb Dövlətləri İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə Qətər arasında diplomatik münasibətlərin kəsilməsinə belə münasibət bildirib.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Yəmən, Liviya, Maldiv, Mavriki Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edərək onunla diplomatik münasibəti kəsiblər.

Xatırladaq ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

Tarix
2017.06.06 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla