Yuxarı

İrəvandan daha bir təşviş: “Türkiyə ilə Azərbaycan…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə hərbi təlimləri haqda Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə açıqlama yayıb.

Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bu təlimlə Azərbaycanın beynəlxalq öhdəlikləri pozduğunu desə də, Bakının hansı beynəlxalq razılaşmanın hansı şərtlərini pozması barədə sübut gətirə bilməyib.

Qeyd edək ki, iyunun 12-dən 16-na qədər Naxçıvanda Azərbaycan-Türkiyə təlimi keçirilib. Bu təlim Ermənistanın ciddi narahatlığına səbəb olub. Erməni politoloqlar bununla Azərbaycanın hərbi üstünlüyünü artırdığını bildiriblər.

Bunun ardınca isə Ermənistan cəbhədə təxribat törətməyə cəhd göstərib. Təxribatın qarşısı alınarkən bir əsgərimiz şəhid olub, 6 erməni hərbçisi isə məhv edilib. Ermənilərin çoxsaylı ağır yaralıları İrəvan hospitalına yerləşdirilib.

Bu gün isə Azərbaycanın özü təkbaşına genişmiqyaslı təlimə start verib. Təlimə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Tarix
2017.06.19 / 11:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla