Yuxarı

Kəbə yaxınlığında kamikadze hücumu: ölən və yaralılar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:03

Məkkədə kamikadze özünü partladıb.

Axar.az xəbər verir ki, olay haqda “Əl-Aləm” televiziyası məlumat yayıb.

Teraktla bağlı geniş bilgi yoxdur.

***

Məkkədə baş verən partlayışla bağlı bəzi nüanslara aydınlıq gətirilib.

Bildirilir ki, terakt planlaşdıran terrorçuların Əcyad əl-Məsafi məhəlləsindəki bir evdə gizləndiyi haqda məlumat daxil olduqdan sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib. Terrorçularla təhlükəsizlik qüvvələri arasında toqquşma yaşanıb.

Bu zaman mühasirəyə alınan terrorçulardan biri özünü partladıb. Təhlükəsizlik qüvvələri arasında yaralıların olduğu bildirilir.

Terrorçuların neçə nəfər və hansı qruplaşmaya aid olduğu haqda açıqlama verilməyib.

***

İranın “Mehr” agentliyi Səudiyyə Ərəbistaninin “Erəm” agentliyinə istinadla partlayış baş verən ərazinin Məscidul-Hərama yaxın olduğunu yazıb.

Qeyd edilir ki, Məkkə və Ciddədə eyni vaxtda terakt həyata keçirmək istəyən terrorçular zərərsizləşdirilib.

Hadisələr zamanı Məkkə və Ciddədə 3 terrorçu həbs edilib.

***

Səudiyyə Ərəbistanı teraktla bağlı rəsmi açıqlama verib.

DİN-in rəsmi təmsilçisi Mənsur ət-Türki mediaya bildirib ki, terrorçular eyni vaxtda ölkənin 3 yerində terakt həyata keçirməyi planlaşdırıblar:

"Hücumlardan biri Ciddədə, ikisi isə Məkkədə hazırlanırdı. Xüsusi təyinatlılar Məkkənin iki ərazisində - Əl-Əsil və Əcyadda əməliyyat həyata keçirib. Əcyad Kəbənin Cənub məscidinin yaxınlığındadır".

Əcyaddakı əməliyyat zamanı yaşayış evində gizlənən kamikadze xüsusi təyinatlıların təslim olmaqla bağlı tələblərinə atəşlə cavab verib. Bundan sonra isə terrorçu özünü partladıb.

Xüsusi təyinatlılar içərisində itki ilə bağlı məlumat verilməyib.

Tarix
2017.06.24 / 00:11
Müəllif
Axar.az
Oxunub
11 410
Şərhlər
Digər xəbərlər

Biz imkan verə bilmərik ki... - İlham Əliyev

Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Video

Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident

Bu, çox mühüm beynəlxalq platformadır - Prezident

Tehranda Bakı “həyəcanı”: Ermənistanın cənubu qoparılır

Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla