Yuxarı

Türkcə “Gələcəyin ən vacib 10 dili” arasında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkcə “Gələcəyin ən vacib 10 dili” arasında

"Britiş Kansl" türk dilini Birləşmiş Krallıqda gələcək 20 ildə ən vacib on dil arasında göstərib.

"Britiş Kansl"ın yayımladığı "Gələcəyin Dilləri" hesabatına görə türkcə, ərəbcə, ispanca, fransızca, çincə, almanca, portuqalca, italyanca, rusca və yaponca Birləşmiş Kraqllıqda gələcək 20 ildə iqtisadi, geopolitik, mədəni və təhsil işləri üçün vacib olacaq.

Hesabatda bu dillərdən birində və ya bir neçəsini danışa bilməmək gələcəkdə Birləşmiş Krallıqda qlobal mövqeyini və rifahını mənfi yöndə təsir edəcəyini bildirib. Hesabatda həmçinin Birləşmiş Krallıqda bu dilləri bilənlərin sayının olduqca az olduğu qeyd edilib. "Britiş Kansl" "Gələcəyin ən vacib 10 dili" siyahısında İngiltərənin xarici ölkələrlə ticarət, diplomatik, təhlükəsizlik və turizm əlaqələrini diqqətə alaraq hazırlayıb.

Hesabatda "YuQov" adlı araşdırma şirkətinin ölkədə həmin dilləri danışanlarla əlaqədar anketinə də yer verilib. Nəticəyə görə, Birləşmiş Krallıqda 15% fransızca, 6% almanca, 4% ispanca, 2% italyanca, 1% ərəbcə, çincə, rusca və yaponca, 1%-dən az isə türkcə portuqalca danışa bilirlər.

Tarix
2013.11.20 / 18:20
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla