Yuxarı

Suriyada prezident seçkisi başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 3-nə Suriyada keçiriləcək prezident seçkilərinə ölkədən kənarda olan suriyalıların səsverməsi başlayıb.

Axar.az xəbər verir ki, seçkilərə hazırkı prezident Bəşər Əsəd də daxil olmaqla, 3 nəfər namizəd qatılıb. Mart ayında parlamentdə qəbul edilən qanuna görə, artıq Suriyada prezident seçkilərində 1-dən artıq namizəd iştirak edə bilər.

Ölkədən kənarda Suriyanın 43 səfirliyində keçirilən səsvermənin nəticələri artıq XİN-ə təhvil verilib. Seçkidə səs verənlərin sayı və kimlərə səs verdiyi açıqlanmasa da, seçici siyahısında olan və ölkədən kənarda müvəqqəti yaşayan Suriya vətəndaşlarının 95 faizinin səsvermədə iştirak etdiyi bildirilir.

Suriya Xarici İşlər nazirinin müavini Feysal Mikdad bildirib ki, suriyalıların seçkidə iştirakı Qərbin bu sahədə təbliğatını puça çıxarıb, suriyalılar gələcəyinə inanırlar və öz talelərinə də səs veriblər. Xatırladaq ki, Qərb Suriyada seçkiləri tənqid etmiş və milyonlarla seçicinin seçkilərdə iştirak imkanlarının olmadığını bildirmişdi.

Suriyada Bəşər Əsədə qarşı silahlı müxalifət 2011-ci ildən mübarizə aparır. İndiyə qədər silahlı toqquşmalarda 140 mindən çox insan ölüb, şəhərlər yerlə-yeksan olub, ölkə iqtisadiyatı iflic hala düşüb, ölkədən yüzminlərlə insan qaçqın düşüb.

Tarix
2014.06.01 / 02:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla