Yuxarı

Barselonada terror: 13 ölü, 119 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.08.17, 19:44

İspaniyanın Barselona şəhərinin Ramblas bölgəsində naməlum şəxs mikroavtobusu yol kənarında dayanan insanların üzərinə sürüb.

Axar.az xəbər verir ki, hadisə zamanı bir neçə nəfər yaralanıb.

Olayın terrorla əlaqəsinin olub-olmaması məlum deyil.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

***

20:57

İspaniya mətbuatında hadisə nəticəsində ən azı 13 nəfər öldüyü, 20 nəfərin isə yaralandığı deyilir.

Olayı törədən şəxsin klublardan birində polis tərəfindən əhatəyə alındığı bildirilib.

Hadisənin terror məqsədilə törədildiyi qeyd edilib.

Bundan əlavə, “Röyter” agentliyi iki silahlı şəxsin türk restoranında xeyli şəxsi girov götürməsi barədə məlumat yayıb.

***

22:10

Hadisə yerində terrorçuya aid olduğu ehtimal edilən passport tapılıb.

Sənəddə onun Dris Oukabir adlı Mərakeş əsilli İspaniya vətəndaşı olduğu qeyd edilib.

Bundan əlavə, polis əməkdaşları “La Luna de Estambul” adlı türk restoranında insanları girov götürən 2 terrorçu ilə danışıqlara başlayıb.

Digər tərəfdən, Barselonada terrorçulardan birinə aid olduğu ehtimal edilən digər mikroavtobus da tapılıb.

***

2017.08.18. 23:23

Terror olayında əli olduğu ehtimal edilən şübhəli şəxslərdən biri saxlanılıb.

Kimliyi bəlli olmayanın şəxsin polis tərəfindən avtomobilə tərəf aparılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

***

Digər şübhəli şəxs atışma zamanı öldürülüb.

Kataloniya Regional hökumətinin lideri Çarls Puqdimont 2 şübhəlinin saxlanıldığını, 80 yaralanının isə xəstəxanaya çatdırıldığını bildirib.

“Röyter” isə məlumat yayıb ki, terror hücumu ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

***

Son məlumata görə, Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb. Bu barədə “El Pais” yerli rəsmi qurumlara istinadən məlumat yayıb.

Tarix
2017.08.18 / 09:07
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla