Yuxarı

Yupiterin qeyri-adi fotoları nümayiş edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanı Tədqiq Agentliyi (NASA) Yupiter planetinin orbitindəki missiyasını davam etdirir. Belə ki, qurum “Juno” kosmos vasitəsinin çəkdiyi yüzlərlə foto ilə nəhəng planetin əvvəllər görünməmiş mənzərələrini nümayiş etdirib.

Axar.az xəbər verir ki, bu ilin iyulunda Yupiterin orbitinə daxil olan “Juno”nun əsas missiyalarından biri də “böyük qırmızı ləkə” adlı fırtınanın sirrini açmaqdır. Yupiterin doqquz min kilometr üzərindən uçan “Juno” hazırda bu istiqamətdə səylərini artırır. Şiddətlə əsən qazlı “böyük qırmızı ləkə” 1830-cu ildən bugünədək insanlar tərəfindən izlənilir. Son zamanlar bu fırtınanın azalması müşahidə edilir.

Yupiterin ekvatorundan cənubda yerləşən “böyük qırmızı ləkə”nin eni 16 min 350 kilometr olub, Yerdən 1,3 dəfə genişdir. “Juno”nun Yupiterə növbəti yaxınlaşması sentyabrın 1–də baş tutacaq.

Tarix
2017.08.20 / 01:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla