Yuxarı

Xatəmi Xameneidən xahiş etdi: Onları azad et

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi İran-İraq müharibəsinin bir qrup iştirakçısı ilə görüşərək, dini lider Əli Xameneidən 6 ildən çoxdur ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin azadlığa buraxılmasını xahiş edib.

Axar.az xəbər verir ki, Xatəmi “Musəvi və Kərrubinin həbs məsələsini yalnız İranın dini lideri Əli Xamenei həll edə bilər. Mənim ölkə liderindən indiyə qədər heç bir istəyim olmayıb. Lakin bu gün, burada əyləşən İran-İraq müharibəsi iştirakçılarının adından ölkə liderinə müraciət edərək, ondan Musəvi və Kərrubinin həbsinə son qoyulmasına göstəriş verməsini xahiş edirəm”, - deyib.

Xatırladaq ki, 80 yaşlı Mehdi Kərrubi 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra hərəkatın əsas lideri kimi tanınan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdlə eyni vaxtlarda tutulub. O, barəsində hər hansı bir məhkəmə qərarı olmadan 6 ildən çoxdur ETTELAAT-ın birbaşa nəzarətində olan ev dustaqlığında saxlanılır.

Tarix
2017.08.21 / 16:19
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

Azərbaycan Rusiyanın bu ordusundan qat-qat üstündür

Bakı və İrəvanla sülh sazişi buna misaldır - Rubio

Azərbaycan Ukraynaya qırıcılarını verə bilər - Musabəyov

Trampdan Əliyev-Paşinyan görüşü ilə bağlı paylaşım - Video

Bakı və İrəvanla sıx əməkdaşlığı davam etdirəcəyik - NATO

Bakı və Tiflislə bu əməkdaşlığı davam etdiririk - Ərdoğan

Rusiyanın Azərbaycana qarşı oyunu... - Qonçar

Azərbaycan MDB-nin iclasından imtina etdi

Ceyhun Bayramov Mirzoyanla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla