Yuxarı

ABŞ II İsrail yaradır – Cənnəti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika bölgədə yeni bir İsrail yaratmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri İranda Üləma Məclisinin 91 yaşlı rəhbəri axund Əhməd Cənnəti sentyabrın 18-də qurumun iclasında çıxış edərkən deyib. O, İraq Kürd Muxtariyyətinin yaxın günlərdə keçirmək istədiyi müstəqillik referendumundan danışıb.

“Amerika İraqı parçalayıb Kürdistanı bu ölkədən ayırmaqla bölgədə yeni bir İsrail dövləti yaratmaq istəyir. Əlbəttə ki, amerikalıların bu cəhdi nəticə verməyəcək və hesab edirəm ki, biz İraq Kürdistanının əhalisinə dəstək verməliyik.

İraqın parçalanması və Kürdistanın bu ölkədən ayrılması Amerika, Səudiyyə Ərəbistanı və İsrailin istəyidir. Onlar bölgə əhalisi arasında nifaq və ayrılıq salmaqla müsəlmanları zəiflətməyə çalışırlar”, - axund bildirib.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətində müstəqillik referendumu sentyabrın 25-də keçiriləcək.

Tarix
2017.09.19 / 18:22
Müəllif
Elşad Yaqublu
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla