Yuxarı

Kvirikaşvili: Rusiya torpaqlarımızı işğal edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Abxaziya və Cənubi Osetiyanı işğalı edib, faktiki olaraq ilhaq siyasəti aparır.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

“BMT üzvləri yaxşı bilirlər ki, Rusiya müstəqil Gürcüstanın 2 tarixi ərazisinin işğalını davam etdirir. Rusiyanın bu cür siyasəti cari ildə daha da aktivləşdirilib”, - Baş nazir bildirib.

Kvirikaşvili həmçinin Rusiyanın yürütdüyü siyasətin Gürcüstanı işğal edilmiş regionların militarizasiyasına vadar etdiyini qeyd edib. Onun sözlərinə görə, münaqişə Abxaziya və Cənubi Osetiyada yaşayan gürcü əhalinin ana dilində təhsil almasına, Gürcüstanın tibbi xidmətlərindən istifadə etməsinə əngəl olur.

Baş nazir ölkəsinin məsələnin sülh yolu ilə nizamlanmasında bundan sonra da maraqlı olduğunu açıqlayıb.

Tarix
2017.09.22 / 15:44
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla