Yuxarı

Türkiyə və İran ABŞ-a xəbərdarlıq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə və İran ABŞ-a xəbərdarlıq etdi

"Nə ABŞ, nə də İraq hökuməti Mosulda hansısa əməliyyat həyata keçirməyə cəhd etməsin".

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ senatoru Co Bayden ilə telefon danışığı zamanı Vaşinqtona xəbərdarlıq edib.

Ərdoğan bildirib ki, ABŞ və İraq hökumətinin İŞİD-ə qarşı hansısa əməliyyat həyata keçirərək girov götürülən Türkiyə vətəndaşlarının həyatını təhlükəyə atmağa ixtiyarı yoxdur.

Co Bayden isə Ərdoğandan Türkiyə Silahlı Qüvvələrinin İraqda əməliyyat keçirib-keçirməyəcəyi barədə soruşub. Baş nazir Türkiyənin hazırda İraqda baş verənlərlə bağlı soyuqqanlı addımlar atmağa çalışdığını, bölgədən mütəmadi kəşfiyyat məlumatlar aldıqlarını deyib.

Ərdoğan bildirib ki, ABŞ İraqla bağlı atacağı hər addımdan Türkiyəni xəbərdar etməlidir.

İran prezidenti Həsən Ruhani də Birləşmiş Ştatlara xəbərdarlıq edib. O, bildirib ki, ABŞ-ın İraqdakı hadisələrə müdaxilə etməsi həm İraqı, həm də regionu çətin vəziyyə salacaq.

Xatırladaq ki, İraq Şam İslam Dövləti İraqın bir neçə şəhərini ələ keçirib.

ANS

Tarix
2014.06.16 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla