Yuxarı

ABŞ məhkəməsindən Trampa zərbə: Müsəlmanların xeyrinə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın 6 müsəlman ölkəsinə səyahət qadağası ilə bağlı iddiasını rədd dib.

Axar.az xəbər verir ki, məhkəmə sözügedən iddianamədə düzəlişlər olduğunu əsas gətirərək belə qərar qəbul edib.

“Tramp administrasiyasının 24 sentyabrda qəbul etdiyi səyahət qadağası bundan öncə verilən oxşar qərarların hüquqi mahiyyətini etibarsız edir. Yeni düzəlişlər nəticəsində öncəki səyahət qadağasının anlamı qalmır”, - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, Tramp sentyabrın 24-də İran, Liviya, Somali, Suriya, Yəmən, Çad, Şimali Koreya ve Venesuela ilə bağlı verdiyi qərarda bu ölkələrdən gələn vətəndaşların ciddi şəkildə yoxlanılması və yaxud sadalanan ölkələrdən gələnlərə qarşı səyahət qadağasının tətbiqi nəzərdə tutulmuşdu.

Qərarın 18 oktyabrda qüvvəyə minəcəyi bildirilmişdi.

Ağ Ev rəhbərinin verdiyi bu qərar mart ayında imzaladığı sərəncamdan müəyyən dərəcədə fərqlənirdi.

Belə ki, yeni qərarda Şimali Koreya, Venesuela və Çad kimi qeyri-müsəlman ölkələrə də səyahət qadağasının tətbiqi nəzərdə tutulmuşdu.

Tarix
2017.10.12 / 00:06
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla