Yuxarı

Kokaindən ən çox istifadə edən ölkələr - Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən çox kokaindən Albaniyada istifadə edilir.

Axar.az xəbər verir ki, bu barədə informasiya Birləşmiş Millətlər Təşkilatının Narkotika və Cinayət İdarəsinin dünya miqyasında ən çox hansı ölkələrdə kokaindən istifadə edilməsinə dair hesabatında yer alıb. Hesabata əsasən bu ölkənin əhalisinin 2,5%-i kokaindən istifadə edir. BMT-nin hazırladığı siyahıda Albaniyadan sonrakı yerləri ABŞ (2,3%), Böyük Britaniya (2,25%), İspaniya (2,2%), Avstraliya (2,1%), Uruqvay (1,8%), Çili (1,73%), Hollandiya (1,6%), İrlandiya (1,5%), Kanada (1,46%) tutub.

Hesabatda kokaindən daha çox gəlir səviyyəsi yüksək olan şəxslərin istifadə etdiyi vurğulanıb. BMT-nin hesabatının Avropaya aid hissəsində köhnə qitənin kokaindən istifadə edən region olduğunu bildirib. Belə ki, bu narkotik vasitədən Avropanın daha çox cənub və qərbində istifadə olunub. 17,5 milyonluq yetkin (15-64 yaş arası – red.) avropalının və ya bu yaş qrupunun 5,2 faizi həyatada ən azı bir dəfə də olsa, kokaindən istifadə edib. Təkcə İrlandiya, İspaniya, Hollandiya və Birləşmiş Krallığın gənc vətəndaşlarının son bir il ərzində kokaindən istifadəsi 2,5 faiz artıb.

Qeyd edək ki, Avropa Birliyindəki kokain bazarının ən az 5,7 milyard həcmində olduğu təxmin edilir.

Tarix
2017.10.22 / 00:52
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla