Yuxarı

İran zərər çəkənlərə 70 milyon ayırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti Kirmanşah vilayətində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 70 milyon dollar vəsait ayırıb.

Axar.az xəbər verir ki, İranın Prezident Administrasiyasının verdiyi məlumata görə, zəlzələ nəticəsində ölkəyə 500 milyon dollar ziyan dəyib. Vilayətdə 40 min yaşayış binası dağılıb.

Zəlzələ bölgəsinə səfəri zamanı Prezident Həsən Ruhani bəyan edib ki, dövlət evləri dağılmış ailələrə faizsiz kredit verəcək. Ayrılan 70 milyon dolların bir qismi əhaliyə kredit kimi veriləcək ki, evlərini bərpa etsinlər.

Qeyd edək ki, noyabrın 14-dən başlayaraq İranın Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Tehran və digər böyük şəhərlərdə zəlzələdən zərər çəkənlərə yardım aksiyası keçirilir. Şəhər sakinləri Kirmanşah əhalisinə göndərmək üçün isti paltar, məişət ləvazimatlarını məscidlərdə yaradılmış məntəqələrə verirlər.

Tarix
2017.11.15 / 23:29
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla