Yuxarı

Separatçı rejimdə çevriliş: Hökumət binaları tutuldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.11.21​/ 15:23

Luqanskın mərkəzi, o cümlədən administrativ binalar naməlum şəxslər tərəfindən tutulub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Novaya qəzeta” yayıb. Binaları ələ keçirən şəxslərin hərbi formada olduqları, amma üzərilərində heç bir təşkilatın işarəsini daşımadıqları bildirilir. Bu şəxslərin silahlı olduğu vurğulanır.

Qondarma Luqansk Xalq Respublikasının lideri İqor Plotnitski onların şəhəri tərk etməsini əmr etsə də, hərbçilər bu əmrə tabe olmayıblar. Artıq hökumət nümayəndələri və parlamentin əməkdaşları evlərinə buraxılıblar. İddialara görə, Donetskdən Luqanska içi hərbçilərlə dolu olan üç “Ural” avtomobili gəlib. Onların Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkoya tabe olduğu bildirilib.

Bəzi mənbələr isə binaları ələ keçirilən hərbçiləri Daxili İşlər Nazirliyi əməkdaşları olduğunu vurğulayıblar. Belə ki, onlar bir müddət öncə istefaya göndərili Daxili İşlər naziri İqor Kornetanın Plotnitskinin əmrinə tabe olmadığını bildirib. Binaları tutan hərbçilər isə antiterror təlimi həyata keçirdiklərini söyləməklə kifayətlənir.

***

Naməlum silahlılar Luqanskda televiziyanı, radioverilişləri və mobil əlaqəni söndürüblər.

Bu barədə 0642.ua portalı məlumat yayıb.

Tarix
2017.11.22 / 00:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla