Yuxarı

Həbs edilən şahzadələrdən 194 milyard alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında həbs olunmuş şahzadələr və biznesmenlərə ABŞ özəl hərbi şirkətinin əməkdaşları işgəncə veriblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Deyli Meyil” qəzeti yayıb. İşgəncəni həyata keçirən şirkətin “Akademi” olduğu iddia edilir.

“Akademi” isə artıq bu iddiaları təkzib edib. Şirkət Səudiyyə Ərəbistanı ilə heç bir müqaviləyə sahib olmadığını bildirib.

Bununla belə, qəzet Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da şahzadələrin sorğusunda iştirak etdiyini yazıb. Həbs edilən şahzadə və biznesmenlərdən indiyə qadər 194 milyard dollar müsadirə edilib.

Qeyd edək ki, bundan öncə korrupsiyaya qarşı mübarizə əməliyyatları nəticəsində Səudiyyə Ərəbistanında 11 şahzadə, 4 nazir və onlarla biznesmen həbs edilib.

“Akademi” şirkəti gəlirlərinin böyük hissəsini savaşlarda iştirak etməklə qazanır. Qurum Əfqanıstan və İraq müharibələrində iştirak edib. Bu müharibələrdə yerli əhaliyə qarşı zorakılıq, silah qaçaqmalçılığı ilə məşğul olub. Şirkətin əsas müştəriləri hökumətlər, biznesmenlər, neft şirkətləridir.

Tarix
2017.11.23 / 09:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla