Yuxarı

Hakim qərar verdi: Saakaşvili azad edildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:48

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski Rayon Məhkəməsində çıxış edib.

Axar.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.

Saakaşvili çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib:

“Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm”.

***

Məni həbsxanaya göndərsələr, aclıq aksiyasını davam etdirəcəyəm.

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmədə söyləyib.

“Mən qorxmuram. Mən prezidentin necə işlədiyini göstərmişəm və necə öldüyünü də göstərəcəyəm. Əgər onlar məni həbsxanaya qaytarsalar, sona qədər ac qalacağam. Hər kəs biləcək ki, bu qətli kim törədib. Məni öldürə bilərlər, amma Ukrayna xalqının azadlıq hissini heç vaxt öldürə bilməyəcəklər”, – deyə o bildirib.

***

Hazırda məhkəmə heyəti fasiləyə çıxıb. Fasilədən sonra Saakaşviliyə hökm oxunacağı gözlənilir.

***

Müdafiə tərəfinin çıxışı başa çatdı. Hazırda ittiham tərəfi çıxış edir.

***

Məhkəmə heyəti növbəti dəfə müşavirəyə getdi.

***

Timaşenko məhkəmədə çıxış edir və hakimdən ədalətli qərarın Ukrayna üçün önəmli olduğunu bildirir.

***

Ukrayna Ali Radasının bir qrup deputatı Saakaşvili ilə bağlı keçirilən məhkəmədə çıxış edir. Onlar keçmiş qubernatora zamin durmağa hazır olduqlarını bildirdilər.

***

Saakaşvili son sözlə çıxış etdi və məhkəmənin verəcəyi ədalətli qərarın Ukrayna üçün önəm daşıdığını da vurğuladı.

***

Kiyevin Peçer rayon Məhkəməsi Saakaşvili haqda həbs və ya ev dustaqlığı ilə bağlı qərar verməkdən imtina etdi. Beləliklə, hakim Larisa Çokol Saakaşvilinin məhkəmə zalından azadlığa buraxılması barədə qərar verdi.

Məhkəmənin qərarından 5 gün müddətində protest verilə bilər.

Tarix
2017.12.11 / 22:14
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla