Yuxarı

Mayk Pensin İsrail səfərindəki qəribə detal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra vitse-prezident Mayk Pensin İsrailə edəcəyi səfərin protokolundakı bəzi detallar insanlar arasında çaşqınlığa səbəb olub.

Axar.az xəbər verir ki, Mayk Pens çərşənbə günü baş tutacaq İsrail səfəri çərçivəsində “Qərb divarı”na (Ağlama divarı) gedəcəyi hissə illərdir tətbiq olunan protokola uyğun olaraq növbəti dəfə rəsmi səfər çərçivəsində yer almayıb. Protokolda Pensin “Qərb divarı”na xüsusi səfər etməyəcəyi qeyd olunub.

ABŞ-lı diplomat Martin İndik Tvitter hesabında sözügedən protokolla bağlı tənqidi fikirlər yazıb: “Əgər bu xəbər doğrudursa, Donald Trampın Qüdsü paytaxt kimi tanıması qərarına rəğmən ABŞ-ın məsələdəki mövqeyində dəyişiklik edilmədiyi anlamına gəlir”.

ABŞ rəsmiləri Qüdsü İsrailin paytaxtı kimi tanımadığı illərdə “Ağlama divarı”nın yerləşdiyi bölgəyə İsrailə rəsmi səfər çərçivəsində yox, protokol xaricində xüsusi səfər həyata keçirilirdi.

Qeyd edək ki, “Ağlama divarı” və ya “Qərb divarı” adları ilə tanınan 485 metr uzunluğunda olan tikili əsrlər öncə inşa edilən yəhudi məbədlərindən birinin qalıqlarıdır. Məbəd dağının ətrafında yerləşən bu tikili I əsrdə romalılar tərəfindən dağılmışdı.

Sözügedən dağın ətrafında islama aid müqəddəs ibadətgahlar mövcuddur.

Tarix
2017.12.17 / 01:40
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla