Yuxarı

Çin hərbi təyyarələri ilk dəfə Tsuşimada: Gərginlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ordusunun hərbi təyyarələri ilk dəfə Yapon dənizindəki Tsuşima boğazı üzərində təlim uçuşları həyata keçiriblər.

Axar.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun hərbi hava qüvvələrinin mətbuat katibi Şen Cinkının sözlərinə istinadla xəbər verir ki, bombardmançı, qırıcı və digər təyyarələrin birgə iştirak etdiyi təlim uçuşları beynəlxalq hava məkanında baş verib. Təlim hərbi hava qüvvələrinin su hövzələri üzərində döyüş tapşırığı bacarıqlarını yoxlamaq xarakteri daşıyıb.

Çin tərəfi təlim uçuşlarının beynəlxalq hüquq və təcrübəyə uyğun keçirildiyini, heç bir ölkəni və ya obyekti hədəf seçmədiyini bəyan edib. Şen Cinkı bildirib ki, Tsuşima boğazı heç bir ölkənin sahil suları deyil və bütün ölkələr BMT-nin dəniz hüququ haqqında konvensiyasına uyğun olaraq boğaz üzərində uçuşlar həyata keçirə bilər.

Koreya Respublikasının rəsmi xəbər agentliyi Yonhap isə ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadla bildirib ki, Çinin 5 hərbi təyyarəsi yerli vaxtla səhər 10:10-da Koreya Hava Müdafiə İdentifikasiya Zonasına daxil olub. Rəsmi Seul dərhal qırıcı təyyarələrini döyüş hazırlığı vəziyyətinə gətirib, Çin tərəfi ilə əlaqə yaradılıb. Saat 13:47-də Çin təyyarələri Koreya Hava Müdafiə İdentifikasiya Zonasını tərk edib.

Tarix
2017.12.18 / 19:19
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla