Yuxarı

Lavrov-Conson görüşündə mübahisə yaşandı, sonra...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson Sergey Lavrovun birgə mətbuat konfransında maraqlı məqamlar yaşanıb.

Axar.az xəbər verir ki, mətbuat konfransı zamanı nazirlər bir-biriləri ilə həm mübahisə, həm də məzəli söhbət edib.

Boris Conson əvvəlcə Lavrovdan Rusiyanın Britaniyada keçirilən referendum və seçkilərə müdaxilə etdiyini qəbul etməsini istəyib. Sergey Lavrov dünyada bir sıra ölkələrin Moskvanın müdaxiləsi barədə fikirlər səsləndirdiyini, lakin heç birinin əlində sübut olmadığı deyib.

Boris Conson isə Lavrovun fikirlərinə “uğurlu müdaxilə olmayıb” ifadəsinin daha uyğun olduğunu söyləyib.

“Sergey, mən sizin nüfuzunuzdan narahatam. Məncə, Rusiyanın referendum və seçkilərimizə müdaxilə etmək cəhdlərini qəbul etməsi olduqca vacibdir. Necə olur olsun, bu uğursuz alındı. Bundan əmin olun, bu çox vacibdir. Mənə elə gəlir ki, bu cəhdlər uğurla nəticələnsə idi, hər şey başqa cür olacaqdı”, - Conson deyib.

Sergey Lavrov əsaslı sübutlar olmadan bu barədə danışmağın mənasız olduğu fikrini bir daha təkrarlayıb.

Mətbuat konfransında həmçinin Lavrovla Consonun məzəli dialoqu alınıb.

Jurnalistlərin “Rusiyada olmaq həqiqətən təhlükəlidir?”, - sualına cavab verən Boris Conson media nümayəndələrinə Moskvaya olan inamının təsdiqi üçün bir şey danışacağını bildirib:

“Bura gələndə cibində əlcəklərim və qalan hər şeyimin olduğu paltomu Lavrova verdim. Lavrovun paltoma nəzarət edəcəyini və başqa heç nə olmayacağını bilirdim”.

Bu zaman Lavrov müdaxilə edərək Consonun cibində heç bir şey olmadığını deyib. Həmkarının bu sözlərinə britaniyalı nazir “çoxdan ciblərimi yoxlamışdınız yəni” cavabını verib.

Tarix
2017.12.22 / 16:11
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla