Yuxarı

Baş nazir Kataloniya seçkilərindən razı qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Baş naziri Mariano Rahoy Kataloniyada parlament seçkilərinin uğurlu keçdiyini bildirib.

Axar.az xəbər verir ki, Rahoy, həmçinin, regionda separatçıların mövqeyinin zəiflədiyini qeyd edib. “Seçkilər lazımi qaydada, qanun çərçivəsində və seçki hüququ tam qorunmaqla keçirilib”, - deyə baş nazir bildirib.

Seçkilərdə həm mandat, həm də səs sayına görə üstünlük qazanan Vətəndaşlar Partiyasının Kataloniya şöbəsinin başçısı İnes Arrimadası qələbə münasibəti ilə təbrik edən Rahoy deyib: “Separatçılar, bizim gözlədiyimizdən zəif də olsa, dəstəklərini itirirlər”.

Xatırladaq ki, bülletenlərin 99,89 faizi hesablandıqdan sonra alınan nəticələrə əsasən, Kataloniyanın müstəqilliyinin tərəfdarları parlamentdə 135 yerdən 70-nə sahib olublar. Belə ki, Kataloniyanın Sol Respublikaçıları Partiyası 32 mandat, Birlikdə Kataloniya Uğrunda Partiyası 34 mandat, Xalq Həmrəyliyi Namizədləri Partiyası isə 4 mandat qazanıb.

Kataloniya parlamentində ən çox yeri separatizmin əleyhinə çıxan Vətəndaşlar Partiyası əldə edib – 37 yer.

İspaniya KİV-lərində yayılan xəbərlərə görə, parlament seçkilərindən sonra Barselonanın mərkəzində sakitlik hökm sürür. Heç bir mitinq keçirilmir, insanlar nəticələri dinc şəraitdə müzakirə edirlər. Polis şəhərin əsas nöqtələrini, meydan və küçələrini nəzarətdə saxlayır.

Tarix
2017.12.22 / 20:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla