Yuxarı

Bakının həmləsi: İrəvan de-fakto yox olur - Manukyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan dalana dirənmiş vəziyyətdədir.

Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaz” saytına müsahibəsində Erməni Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan söyləyib.

“Ermənistan hazırda regional dövlətlərarası iqtisadi əlaqələrdə heç bir yeri tutmur. Bütün regional və beynəlxalq xəttlər bizim yaxınlığımızdan keçir. Ermənistan təkcə siyasi blokadada yox, həm də iqtisadi mühasirədədir. O, hər tərəfdən qapalı vəziyyətdədir və heç bir regional layihədə iştirak etmir. Hətta bizim hökumət də regional proqramlarda iştirak etmək istəmir. Yəni biz Qafqazda sadəcə mövcud deyilik və bu situasiya artıq 20 ildən çoxdur davam edir. Bu illər ərzində bizim yaxınlığımızdan çoxlu layihələr – Bakı-Tiflis-Ceyhan kəməri, Bakı-Tiflis-Qars dəmiryolu, “İpək yolu”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi keçdi.

Biz elə bil ki, regionda mövcud deyilik. Ermənistan de-yure Qafqazda var, amma Qafqaz layihələrinin heç birində iştirak etmir. Biz iqtisadi baxımdan dalandayıq, ona görə də Ermənistana heç kim pul yatırmır. Əgər əvvəllər biz ildə heç olmasa 3-4 milyard dollar investisiya alırdıqsa, keçən il cəmi 120 milyon dollar ala bildik. Situasiyanı korrupsiya çətinləşdirir və buna görə də heç bir normal adam Ermənistana öz pullarını qoymağa risk etmir”, - deyə o bildirib.

Onun sözlərinə görə, Qarabağ konfliktinin həll edilməməsi Ermənistanın inkişafına maneə yaradır:

“Müharibə heç bir halda dövlətin inkişafına yardım edə bilməz. İnkişaf və artım üçün sakit, stabil daxili və xarici siyasi vəziyyət tələb edilir. Bizdə isə konflikt ucbatından beləsi yoxdur. Ermənistan üçün ən böyük problem Qarabağın həll edilməməsidir. Bu problemi həll etmək lazımdır və bizim partiya artıq bunu özünün siyasi proqramına daxil edib. Yalnız bizim partiya konfliktin həlli ilə bağlı proqramla çıxış edir”.

Tarix
2018.02.13 / 10:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla