Yuxarı

ABŞ-dan İsrailə ad günü hədiyyəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Tel-Əvivdəki səfirliyi may ayında Qüdsə köçürüləcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi deyib. Bildirilib ki, yeni səfir Devid Fridman da Qüdsdə çalışmağa başlayacaq:

“Səfirliyin köçürülməsi İsrailin 70 illiyinin tamamlanması ilə eyni günə təsadüf etməlidir”.

Bundan əlavə, İsrailin Nəqliyyat və Kəşfiyyat naziri Yisrail Katz Tvitter hesabında bu məlumatı şərh edərək olduqca sevindirici xəbər olduğunu bildirib:

“ABŞ səfirliyinin 70-ci ildönümümüzdə (14 may) Qüdsə köçürülməsi ilə bağlı qərara görə Prezident Donald Trampa təşəkkür edirəm. Bundan böyük hədiyyə ola bilməzdi”.

Qeyd edək ki, Donald Tramp administrasiyası ötən ilin dekabrnda Qüdsü İsrailin paytaxtı kimi tanımışdı. Lakin bu skandal qərardan sonra adminitrasiya ABŞ səfirliyinin hələ 3 il sonra Qüdsə köçürüləcəyini bəyan etmişdi.

Tarix
2018.02.23 / 23:17
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Ermənistan qoşunları Göyçə gölü ətrafından çıxarılır

Prezident Berl Lazarı qəbul etdi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

Tokayevdən XİN başçılarının Almatı görüşünə reaksiya

Əli Əsədov Məhərrəm Kılıçla görüşdü

Fransa Bakıda tam fiaskoya uğradı - Ekspert

İlham Əliyev müftiləri qəbul etdi

Rusiya dövlət kanalında Əliyevlə bağlı bu kadrlar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla