Yuxarı

Qəzzafinin 11 milyard avrosu yoxa çıxdı - Müəmmalı olay

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanı bürümüş üsyan nəticəsində 2011-ci ildə qətlə yetirilmiş diktator Muammar Qəzzafinin Belçika banklarından birində BMT-nin qərarı ilə dondurulmuş hesablarından 11 milyard avroya yaxın vəsait sirli şəkildə yoxa çıxıb.

Virtualaz.org xəbər verir ki, 2013-2017-ci illər ərzində Belçikanın “Euroclear Bank” adlı bankından Liviyanın eks-diktatorunun bank hesablarındakı 16.1 milyard avro vəsaitin 10 milyard dollarının yoxa çıxdığı barədə bu ölkənin “Le Vif” nəşri məlumat verir.

Bildirilir ki, 2013-cü il noyabrın 29-da həmin hesablarda 16.1 milyard avro var idi. Pullar“Libyan İnvestment Authority” və “Libyan Foreign İnvestment Company” adlı şirkətlərə aid 4 bank hesablarında saxlanılırdı. Bu şirkətlər Qəzzafi ailəsi ilə bağlı olub.

2017-ci ilin payızında Belçika hökuməti çirkli pulların beynəlxalq dövriyyəsinə qarşı mübarizə çərçivəsində həmin vəsaitlərə həbs qoymağı qərara alıb. Lakin məlum olub ki, hesablarda cəmi 5 milyard avrodan bir az çox pul qalır. Məsələ burasındadır ki, Belçika hökuməti Qəzzafinin bank hesablarının dondurulmasına dair qərarı ləğv etməmişdi və deməli həmin hesablar üzərində əməliyyatlar aparıla bilməzdi. Amma 10 milyard avrodan çox vəsait bankdan naməlum istiqamətlərə ötürülüb və deməli Belçika hakimiyyəti BMT qətnaməsinin tələblərini pozaraq dondurulmuş hesablar üzərində kifayət qədər nəzarət tətbiq etməyib.

Belçikanın Maliyyə Nazirliyi bildirir ki, məsələ ilə bağlı təhqiqat aparılır. Amma pulların kim tərəfindən çıxarıldığı və hansı istiqamətdə ötürüldüyünə dair heç bir versiya yoxdur. 2011-ci ildə Liviyanı bürümüş üsyanlar zamanı BMT Təhlükəsizlik Şurası Qəzzafi ailəsinin və hakim rejimin digər ünsürlərinin bank hesablarının dondurulmasını da nəzərdə tutan qətnamə çıxarıb. Qəzzafi devriləndən sonra məlum olmuşdu ki, onun və ailə üzvlərinin xarici banklarda 100 milyard dollara yaxın vəsaiti var. Bu vəsaitin çox cüzi hissəsi Liviyanın yeni hakimiyyəti tərəfindən geri alınıb. Qəzzafinin dondurulan pullarının Liviyaya geri qaytarılması bu ölkədə sabitlik yaranana qədər mümkün hesab edilmir.

Tarix
2018.03.08 / 22:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla