Yuxarı

Tramp istəyir, amma ona imkan vermirlər - Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-la hər zaman bütün məsələləri müzakirə etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu NBC televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Məncə, indiki ABŞ prezidenti danışıqlar aparılmasının tərəfdarıdır. Lakin bəzi qüvvələr var ki, ona bu addımı atmağa imkan vermir. Biz istənilən problemin, o cümlədən raket, kibertəhdid məsələlərinin istənilən an müzakirəsinə hazırıq”, – deyə o bildirib.

O, Rusiyanın ABŞ-dakı prezident seçkisinə müdaxilə etmədiyini deyib:

“Biz müdaxilə ilə hansı məqsədlərə çata bilərdik? Heç bir məqsəd yoxdur. ABŞ isə hər zaman bizim seçkiyə müdaxilə edir və bunu gizlətmir. Biz bunu onlara söyləyəndə buna hətta etiraz belə etmirlər”.

Putin həmçinin mətbuatda özünün aşpazı kimi tanınan Yevgeni Priqojinin Amerikadakı seçkilərə müdaxiləsi olmadığını bildirib:

“Mən onu dostum hesab etmirəm. Bu, sadəcə, faktların təhrif edilməsidir. O, biznesmendir və restoran biznesində çalışır. O, rəsmi şəxs deyil və bizim heç bir əlaqəmiz yoxdur”.

Tarix
2018.03.10 / 09:56
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla